13 mart 2026 13:43
78

Binəli Yıldırım: Orta Dəhlizin inkişafı daha fəal şəkildə dəstəklənməlidir

Asiyadan Avropaya gedən nəqliyyat marşrutlarını və mövcud dəhlizləri nəzərdən keçirdikdə görünür ki, yükdaşımaların 90 faizi hələ də dəniz yolu vasitəsilə həyata keçirilir. Hazırda Asiya və Avropa arasındakı ticarət dövriyyəsi 3 trilyon dollar təşkil edir ki, bu da kifayət qədər böyük göstəricidir.

“İki sahil” xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” mövzulu panel iclasda çıxışı zamanı deyib.

Binəli Yıldırımın fikrincə, müvafiq strateji addımlar atmaqla illik daşımaların həcmini 20 trilyon dollara qədər artırmaq mümkündür. "Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti əvəzsizdir. Belə ki, yüklərin Şərqdən Qərbə daşınması dəniz yolu ilə 40-50 gün çəkdiyi halda, Orta Dəhliz vasitəsilə cəmi 12-15 günə reallaşa bilər. Bu üstünlükləri nəzərə alaraq, Orta Dəhlizin inkişafı daha fəal şəkildə dəstəklənməlidir", - deyə o qeyd edib.