İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
“İki sahil” xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. ("Report")
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib