Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında yerləşən yaşayış binasında yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Digər mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.