14 mart 2026 10:40
109

İqor Qarafuliç: WUF13-ə hazırlıq işləri sürətlə irəliləyir

Mən cəmi bir aydır buradayam və inanın ki, Azərbaycandakı ilk ayım kifayət qədər çətin keçdi. Lakin böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, buradakı hər bir şəxs bu müddət ərzində işin təşkili üçün mühüm rol oynayıb.

“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.

İqor Qarafuliçin sözlərinə görə, hökumətin bütün prioritetlərini bu tədbirin uğuruna yönəltdiyinə dair heç bir şübhə yoxdur. "Həmkarlarım da yaxşı bilirlər ki, uğur adətən böyük zəhmət hesabına əldə edilir. İnanın ki, mən ilk dəfə bir ay yarım əvvəl Olimpiya Stadionunda olmuşdum və hər həftə WUF13-ə hazırlıq işlərinin necə sürətlə irəlilədiyinin şahidi oluram", - deyə BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi əlavə edib.