14 mart 2026 11:30
98

Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var

Bərdədə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Yevlax-Bərdə avtomobil yolunun Bərdənin Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi "VAZ-2106" markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Sərnişin, 2006-cı il təvəllüdlü Hətəmov Nicat Vidadi oğlu isə xəsarət alıb.