04 iyul 2026 13:30
119

Güclü lideri olan xalq və dövlət də güclü olur

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti, apardığı uğurlu xarici və daxili siyasəti istər öz ölkəmizdə, istərsə beynəlxalq miqyasda maraqla qarşılanır. Məlum olur ki, dövlətimizin rəhbəri ölkə başçısı kimi xalqın ona bəslədiyi etimadı daim tam doğruldur. Bu, ölkəmizə qonaq gəlmiş dövlət başçılarının, nazirlərin, yüksək çinli şəxslərin fikirlərində də bildirilir. Əlbəttə, müsbət fikirlər Prezidentimizə olan  böyük hörmətin və inamın təzahürüdür.

Ölkəmizdə aparılan son rəy sorğularının nəticələri ilə Prezident İlhan Əliyevin uzaqgörən siyasəti ilə təsdiq olunur. Rəy sorğularında vurğulanır ki, iki yüz il müddətində işğal edilən ərazilərimiz düşmən tapdağı altında qalıb. Birləşmiş düşmənlər qətiyyətsiz və çarəsiz başçıların acizliyi ucbatından torpaqlarımızı böyük hissələrə bölüşdürmüşlər. Ancaq sonrakı rəhbərlər işğalla barışdıqlarına görə geri qaytarılmayıb. Bu “ənənə” dediyimiz kimi, iki yüz il davam edib. Yalnız sonuncu işğal-Qarabağın ilhaq edilməsi baş tutmayıb. Ona görə ki, İlham Əliyev işğalçıların hədəsindən qorxmayıb, alçaldıcı sülhlə barışmayıb.

Prezident İlham Əliyev ordunu gücləndirmək üçün onun ixtisaslı zabit kadrları ilə, ən  müasir silahlarla, zirehli texnika və artilleriya ilə təmin edilməsinə diqqət yetirib. 44 günlük müharibənin gedişində isə döyüş əməliyyatlarına şəxsən rəhbərlik edib. Ermənistanın altı ilə işğal etdiyi ərazilər ən qısa müddətdə azad edildi. Həmin Qələbə son beş yüz ildə Azərbaycanın qazandığı ilk hərbi uğur oldu. Bu Qələbə ilə İlham Əliyev xalqın sonsuz məhəbbətini qazandı. Hər dövlət başçısına belə böyük uğur qismət olmur.

Vurğulayaq ki, Prezident İlham Əliyev Azərbaycan xalqının mənafelərini uca tutmaqla, onu qətiyyətlə və prinsipiallıqla müdafiə etməsi ilə uşaqdan tutmuş böyüyədək hamının qəlbində özünə əbədi yer alıb. Qarabağ müharibəsi gedən müddətdə Azərbaycan Ordusuna qara yaxmağa cəhd edən bədxah ölkələrin televiziya və xəbər agentliklərinin nümayəndələrini sərrast cavabları ilə yerində otuzdurması hamımızın qəlbini qürur hissi ilə doldurdu və Prezidentimizin yüksək intellektual səviyyəsini alqışladıq, onunla fəxr etdik.

Azərbaycanın dünyanın sayılıb-seçilən nəhəng tədbirlərinə bacarıqla ev sahibliyi etməsi, böyük iqtisadi layihələrə müəlliflik etməsi də İlham Əliyevin nüfuzlu dövlət xadimi kimi tanınmasına xidmət edir. O, dünya dövlətləri arasında təşəbbüskar, müttəfiqlərinə sədaqətli, tərəfdaşlarına dostanə keyfiyyətləri ilə fərqlənir.

Sual oluna bilər ki, İlham Əliyev bu qədər cahanşümul işlərin öhdəsindən necə gəlir. Cavab sadədir. Öz xalqına güvənməsi, onun iradəsini yerinə yetirməsi və etimadını qazanması yolu ilə. Bu cür lider keyfiyyətıərini özündə birləşdirmiş Prezidentimiz respondentlər tərəfindən alternativsiz lider hesab olunur. Dövlətimizin başçısına etimad səviyyəsi 87, 7 faiz təşkil etməklə rəyi soruşulanların 93,6 faizi onun müsbət fəaliyyətini qeyd etmişlər. Bölgələrə səfərlərində dövlət başçısının əhali tərəfindən coşqu ilə qarşılanması özü rəy sorğularına bir təkandır.

Dünyada münaqişələrin, müharibələrin və qarşıdurmaların artdığı bir zamanda ölkəmizin təhlükəsizliyin təmin olunması aparılan siyasətin düzgünlüyünün nəticəsidir. Hazırda Azərbaycan dünyanın sabitlik adalarından biridir. Bu ona görədir ki, Prezidentimiz unikal xarici siyasət xətti yeridir, hər yerdə sülhə və sabitliyə mühüm töhfə verir. Bu, tarix boyu sınaqdan keçmiş bir həqiqətdir ki, güclü lideri olan xalq və dövlət də güclü olur.

Vəli İlyasov, “İki sahil”