14 aprel 2026 11:40
193

Energetika Nazirliyinə və tabeli qurumlara 3859 vətəndaş müraciəti daxil olub

 Cari ilin 3 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 3859 vətəndaş müraciəti daxil olub.

“İki sahil” xəbər verir ki, müraciətlərin 487-si məlumat, 3372-si isə icra xarakterli olub. Bunlardan 2937-si müvafiq qaydada icra edilib, 435 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat  dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri  tərəfindən 134 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.