14 aprel 2026 15:15
287

Elmi Cərrahiyyə Mərkəzində cərrahi aktivlik 93 faizə yüksəlib

Elmi Cərrahiyyə Mərkəzinə ambulator olaraq 100000-dən çox xəstə müraciət edir. Xəstə müraciəti hər il 8-10 faiz artır. Mərkəzdə ayda 550-600 cərrahi əməliyyat aparılır.

Bunu akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Nazim Hacıyevlə apardığımız müsahibədə müəssisədə aparılan cərrahi əməliyyatların həcmi və ümumi fəaliyyət göstəriciləri barədə məlumat verərkən diqqətə çatdırıb.

Baş həkimin sözlərinə görə,Mərkəzdə cərrahi əməliyatların sayı da hər il 8-10 faiz artmış və cərrahi aktivlik 93 faizə qalxmışdır. 

Yaqut Ağaşahqızı, “İki sahil”