24 aprel 2026 01:26
106

Ermənistan Azərbaycana təzminatı niyə ödəmir?

Bu suala cavab verə bilməyən işğalçı ölkənin başçıları indiyədək susublar. Ancaq bu susqunluq nə vaxta qədər davam edəcək?

Artıq altı ilə yaxındır ki, Azərbaycan iyirmi səkkiz illik işğal dövründə Ermənistan ölkəmizə vurduğu ziyanı ödəməkdən yayınır. Bəs hanı erməni lobbisinin göndərdiyi yüz milyonlara dollar pul? Xarici himayədarlarından və dünyaya səpələnmiş varlı ermənilərdən gələn pulların, yüz milyonlarla qrant şəklində vəsaitlərin, ianələrin yerini kim bilir? Hələ demirik ki, uzun illər narkotik plantasiyalarında əldə olunan külli miqdarda pulu kimlər talayıb.

Ancaq pulların kimlərin cibinə axdığını daha bilməyən yoxdur.  Çünki barəsində cinayət işi açılanların varidatı pulların yerini özü göstərir. Oğurluqlarda başda prezidentlər olmaqla aşağı ranqlı dövlət məmurlarının da iştirakı var. Cırtdanboy, anormal eks-prezident Serjik Sarkisyan və hiyləgər Robert Koçaryan həmin pulların böyük hissəsini mənimsəyərək xarici ölkələrdə özlərinə aldıqları bahalı villalardan, restoranlardan, barlardan və istirahət mərkəzlərindən indi də pul qazanırlar. Əvvəllər “bic Robert”in ən yaxın qohumlarının dövlət əmlakını taladıqları barədə mətbuatda məlumatlar verilib.

Mətbuatın yaydığı məlumata görə, Ermənistanda vətəndaşdan “Areni HES” şirkətinin 39 341 ədəd səhmi (təxminən 1,74 milyon dollar dəyərində), 864 min dolları, 13 milyon dram və təxminən 5 min avrosu dövlətin xeyrinə alınacaq.

Bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb. Bu gün Antikorrupsiya Məhkəməsi prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə Ermənistanda keçmiş prezident Serj Sarkisyanın qardaşı qızı Ani Sarkisyana məxsus əmlakın bir hissəsi dövlət tərəfindən müsadirə olunub. Məhkəmənin hökmü ilə iddiası qismən təmin edib.

Ermənistanda  3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov beynəlxalq axtarışa verilib. Məlumat üçün deyək ki, general-mayor Qriqori Xaçaturov külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunalardan biridir.

 Xəbər verilir ki, bu barədə tanınmış "Armenia Today" qəzeti məlumat yayb.

Məlumata görə, artıq məhkəmə 3-cü Ordu Korpusunun keçmiş komandiri general-mayor Qriqori Xaçaturovu qiyabi olaraq həbs edib. Onun hazırda ölkə xaricində olması nəzərə alınaraq, onun həbsi üçün order verilib. Əslində o, həbs olunacağını hiss edərək ölkədən qaçıb. İzsiz-tozsuz yoxa çıxması, qaldığı yeri bildirməməsi buna dəlalət edir.

Qeyd edək ki, Xaçaturova qarşı cinayət işi 14 apreldə məhkəməyə göndərilib. İş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Meri Mosinyana həvalə edilib. Məlumat üçün bildirək ki, Qriqori KTMT-nin baş katibi general-polkovnik Yuri Xaçaturovun oğludur. O, qeyri-qanuni hakimiyyət dəyişikliyində Serj Sarisyana dəstək verdiyi üçün Müdafiə Nazirliyinin baş qərargah rəsi vəzifəsindən azad edilmişdi.

Azərbaycan dövləti Ermənistandan təzminat alınması məsələsini dəlil və sübutlarla Avropa Məhkəməsi qarısında qaldırıb. Məhkəmədə Azərbaycanın tələbi qanuni sayılıb və baxılacağı bildirilib. İnanmaq istərdik ki, ali hüquq qurumu başqaları kimi ikili standartlardan uzaq olacaq və işğaldan əziyyət çəkən Azərbaycana öz haqqına çatmaqda dəstək verəcək.

Vəli İlyasov, “İki sahil”