Almaniyada Azərbaycan və Çex Respublikası arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq.
İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - paylaşımda qeyd edilib.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev