07 may 2026 19:46
92

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi və üçüncü yerin sahibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib.

Final görüşündə isə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.

Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.