12 may 2026 01:30
117

Ağdamda maşın aşıb

Ağdam rayonunda baş verən yol qəzası zamanı bir ailənin iki üzvü xəsarət alıb.

Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1982-ci il təvəllüdlü Elmin Muradova məxsus "Lada Granta" markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Elmin Muradov və onun 14 yaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, qəza zamanı xəsarət alan şəxslər Ağcabədi rayon sakinləridir və onlar işğaldan azad edilmiş ərazilərdən gəzməkdən gələrkən qəzaya düşüblər. Faktla bağlı araşdırma aparılır.

"Report"