13 may 2026 12:01
178

Rövşən Nəcəf "OGU-2026" çərçivəsində keçirilən üçtərəfli görüşdən paylaşım edib - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf rəsmi “X” səhifəsində Özbəkistanda keçirilən “Oil and Gas of Uzbekistan – OGU-2026” beynəlxalq sərgi və konfransı çərçivəsində baş tutan üçtərəfli görüşlə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda bildirilib ki, görüşdə “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Sanginov Abdugani, bp-nin geoloji kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Ariel Flores, həmçinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Giovanni Cristofoli iştirak ediblər.

Görüş zamanı şirkətlər arasında əməkdaşlığın cari gündəliyi müzakirə olunub, birgə layihələrin regional enerji tərəfdaşlığının möhkəmləndirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin Ustyurt layihəsinin icrası ilə bağlı fikir mübadiləsi aparıb, enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri nəzərdən keçiriblər.