“İki sahil” xəbər verir ki, iki gün davam edən vörkşop zamanı iştirakçılar innovativ ideyalarını formalaşdıraraq onları konsept səviyyəsində inkişaf etdirmək imkanı əldə ediblər.
Tədbir çərçivəsində ideyaların strukturlaşdırılması, onların praktik tətbiq imkanlarının ilkin qiymətləndirilməsi və növbəti inkişaf mərhələsinə hazırlanması istiqamətində müvafiq işlər aparılıb.
Bildirilib ki, proqram çərçivəsində ümumilikdə 71 ideya dəyərləndirilib. Onlardan 18-i ilkin seçim mərhələsini uğurla keçib.
Qiymətləndirmə nəticələrinə əsasən, 13 ideya münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilib və proqramın növbəti mərhələsi olan “Təsdiqlənmə” mərhələsinə keçid hüququ qazanıb.
Qeyd olunub ki, daxili innovasiya proqramının əsas məqsədi əməkdaşların yaradıcı potensialının üzə çıxarılması, innovativ təşəbbüslərin dəstəklənməsi və şirkətdə innovasiya mədəniyyətinin daha da gücləndirilməsidir.