19 may 2026 01:20
92

ABŞ-də məsciddə atışma ABŞ-də məsciddə baş verən atışmada azı 5 nəfər ölüb - YENİLƏNİB

San-Dieqoda məsciddə baş vermiş atışmada azı 5 nəfər həyatını itirib.

“İki sahil” xəbər verir ki, Federal Təhqiqatlar Bürosu 2 yeniyetmə şübhəlinin öldüyünü təsdiqləyib. Onların öz silahlarından açdıqları atəş nəticəsində öldüyü bildirilir.

Rəsmilər, həmçinin hücumda azı 3 nəfərin öldürüldüyünü açıqlayıblar.

Ağ Ev hadisə ilə bağlı Prezident Donald Trampın məlumatlandırıldığını bildirib.

***

ABŞ-ın San-Dieqo əyalətində məsciddə atışma baş verib.

“İki sahil” xəbər verir ki, hadisə zamanı bir nəfərin öldüyü bildirilir. San-Dieqo Polis Departamenti vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb.

İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.

Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir.