Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) növbəti illik toplantısı və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) Çində keçiriləcək.
Bu barədə "International Airlines Group"un (IAG) baş direktoru və IATA-nın 2025–2026-cı illər üzrə Rəhbərlər Şurasının sədri Luis Qalyeqo IATA-nın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində elan edib.
IATA-nın 83-cü illik toplantısı 2027-ci il mayın 30-dan iyunun 1-dək Çinin Syamen şəhərində keçiriləcək.
IATA dünya aviadaşımalarının 80%-dən çoxunu təşkil edən 330-a yaxın aviaşirkəti özündə birləşdirən aviadaşıyıcıların ən böyük beynəlxalq sahə assosiasiyasıdır.
Təşkilat aviasiya sahəsi üçün beynəlxalq standartlar, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində tələblər hazırlayır. Nəzarətin əsas alətlərindən biri assosiasiya üzvləri üçün keçilməsi məcburi olan IOSA istismar təhlükəsizliyi auditidir.
"Report"
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb