Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiya Federasiyasının kölgə donanmasına məxsus neft tankerini ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Kra-llığın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən kölgə donanmasının neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - o bildirib.
Starmer, həmçinin ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
O, digər təfərrüatları açıqlamayıb.