26 noyabr 2026 09:04
79

“Neuralink” şirkəti neyroimplantların yeni sınaqları üçün icazə alıb

İlon Maskın təsis etdiyi “Neuralink” şirkəti insan beyninə yerləşdirilən neyroimplantların tədqiqində yeni mərhələyə keçmək üçün icazə alıb.

“İki sahil” xəbər verir ki, tədqiqatın məqsədi yan amiotrofik skleroz nəticəsində ağır iflic vəziyyətində olan xəstələrdə Neuralink neyrokompüter interfeysinin tətbiqinin təhlükəsizliyini və effektivliyini qiymətləndirməkdir.

Tədqiqatın əsasını Böyük Britaniya, Kanada və ABŞ-də davam edən ilkin klinik sınaqların nəticələri təşkil edəcək. Həmin sınaqlar çərçivəsində beyin implantları yerləşdirilmiş 30-dan çox iştirakçı neyrokompüter interfeysindən minlərlə saat istifadə edib.

İlon Mask daha əvvəl bəyan edib ki, gələcəkdə “Neuralink” neyroimplantları iflic olan insanların yerimək və əllərini işlətmək qabiliyyətini bərpa edə bilər.