16 iyun 2026 12:46
111

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Dəmyə əkinçiliyinin inkişafı üzrə 31 rayon müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

Onun sözlərinə görə, Abşeron, Xızı, Quba və Siyəzən rayonları həmin dəmyə əkinçilik rayonlarının sırasına daxildir. Bu rayonlarda əsas məqsəd aqrotexniki qulluq işlərinin keyfiyyətinin yaxşılaşdırılması hesabına buğda məhsuldarlığının yüksəldilməsi olmalıdır.