Ukrayna müharibənin 1575-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 386 680 hərbçi, 12 033 ədəd tank, 24 775 ədəd zirehli döyüş maşını, 44 169 ədəd artilleriya sistemi, 1 874 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 427 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1677 ədəd yerüstü robot-texnika kompleksi, 355 593 ədəd PUA, 107 994 ədəd avtomobil texnikası, 4 783 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 303 xüsusi avadanlıq itirib.