Çin İranın əsaslı və qanuni iddialarını, öz suverenliyini və təhlükəsizliyini qorumaq səylərini dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında deyib.
Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, nazir Van İ ölkəsinin İranla kommunikasiyanı və koordinasiyanı gücləndirməyə hazır olduğunu, regional sülh və sabitliyə töhfə verməyə davam edəcəyini deyib.
Abbas Əraqçi İran ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında əldə olunan Anlaşma Memorandumunun birinci mərhələsinə dair vəziyyətlə bağlı məlumat verib.
Van İ ölkəsinin ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışladığını bildirib. “Faktlar sübut edib ki, güc tətbiqi problemləri həll edə bilməz, dialoq və danışıqlar isə doğru yoldur”, - deyən Van İ əlavə edib ki, növbəti əsas addım bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsidir.
O bildirib ki, Hörmüz boğazından gəmilərin keçidi məsələsi beynəlxalq ictimaiyyətin narahatlığı nəzərə alınmaqla düzgün həll olunmalıdır.
Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub
Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib
AK və Fransa SAFE çərçivəsində 15 milyard avro kredit ayrılmasına dair saziş imzalayıb