17 iyun 2026 21:51
79

Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər

İran və ABŞ arasındakı saziş iyunun 18-19-da imzalana bilər.

“İki sahil” Fransa mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 ("Böyük yeddilik") sammitinin yekunlarına dair çıxışında bildirib.

Trampın sözlərinə görə, əgər Yaxın Şərq münaqişəsi üzrə danışıqların növbəti mərhələsi uğurlu olmasa, ABŞ İranı yenidən bombalamağa hazırdır.

"Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq. Ola bilsin ki, bunu etmək məcburiyyətində qalaq, çünki biz onların nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyik", - o qeyd edib.

Trampın fikrincə, ABŞ-nin İranla hərbi əməliyyatları davam etdirməsi iqtisadi fəlakətlə nəticələnə bilər.

"Mən bir şeyi görmək istəməzdim - iqtisadi fəlakəti. Əgər siz bunu davam etdirsəydiniz, bu baş verə bilərdi... Onlara investisiyalar lazımdır, axı biz bir yarım, bəlkə də 2 trilyon dollar məbləğində ziyan vurmuşuq", - o vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, İranla anlaşma memorandumunun mətninin surəti İsrail tərəfinə verilib.