YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi və fəallarla birlikdə Silahlı Qüvvələr Günü münasibətilə Bərdə Şəhidlər xiyabanını və mülki şəhidlərin xatirəsinə salınmış kompleksi ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi və fəallarla birlikdə Silahlı Qüvvələr Günü münasibətilə Bərdə Şəhidlər xiyabanını ziyarət edib, buraya əklil qoyaraq bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qələbələrdən, Azərbaycan Ordusunun və Silahlı Qüvvələrimizin əldə etdiyi Zəfərlərdən danışıb. Bildirib ki, bu qələbələri canını Vətən uğrunda qurban verən şəhidlərimizə borcluyuq! Silahlı Qüvvələrin ən igid oğulları böyük qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərdir!
YAP fəalları Bərdə Şəhidlər xiyabanında uyuyan bütün şəhidlərin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları Şakir Salahov və Elgiz Kərimovun da məzarlarını ziyarət edib, onların qəhrəmanliqlarını xatırlayıblar.
Daha sonra partiya fəalları mülki şəhidlərin xatirəsinə salınmış kompleksi ziyarət edib, önünə tər qərənfillər düzüblər.
Rayon təşkilatının sədri Faqət Şadlinskaya Müzəffər Liderimiz, ölkə rəhbəri cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Vətənin azadlığı, torpaqlarımızın düşmən işğalından azad olunması üçün qəhrəmancasına döyüşərək şəhid olan bütün oğullarımizin xatirəsinin əziz tutulduğunu bir daha xatırladaraq, onların ailəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
YAP Bərdə rayon təşkilatının kollektivi fəallarla birlikdə igid şəhidlərin məzarları önündə xatirə şəkli çəkdiriblər.