ADRA: Reklam daşıyıcılarının yerləşdirilməsində normativ tələblərlə yanaşı, şəhərlərin memarlıq xüsusiyyətləri də nəzərə alınır
Müasir şəhər mühitində reklam infrastrukturunun estetik baxımdan düzgün təşkili şəhərin ümumi memarlıq simasının qorunmasına və vizual harmoniyanın təmin olunmasına xidmət edir. Bu məqsədlə açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi vahid normativ prinsiplər əsasında tənzimlənir, eyni zamanda hər bir şəhərin və rayonun memarlıq xüsusiyyətləri də nəzərə alınır.
Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, açıq məkanda reklamın yerləşdirilməsi vahid normativ prinsiplər əsasında tənzimlənir. Onun sözlərinə görə, reklam qurğularının ölçüləri, konstruktiv xüsusiyyətləri, təhlükəsizlik tələbləri və yerləşdirilmə meyarları müvafiq normativ sənədlərlə müəyyən edilir.
H.Azəri qeyd edib ki, bununla yanaşı, müxtəlif şəhər və rayonların memarlıq xüsusiyyətləri nəzərə alınaraq fərqli yanaşmalar tətbiq oluna bilər. O vurğulayıb ki, ADRA-nın fəaliyyətində əsas məqsədlərdən biri reklam daşıyıcılarının estetik baxımdan şəhər mühitinə uyğunlaşdırılması və vizual harmoniyanın təmin edilməsidir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur
Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir - TƏHLİL