2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib.
“İki sahil” xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.
2026-cı ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat olub, proqnozdan əlavə 189,9 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 244,9 milyon manatdan çox olub.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manat olub, proqnozdan əlavə 6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 92,5 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 517,1 milyon manatdan çox olub, proqnozdan əlavə 13 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 337,4 milyon manatı ötüb.
Xəzərdə balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir
Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 100 il ötür