"Güclü Ermənistan" Partiyasının seçki siyahısında yer alan 100-dən çox şəxs namizədliyini geri götürmək barədə ərizə təqdim edib.
“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası növbəti iclasında blokun 202 namizədindən 106-nın qeydiyyatını etibarsız sayıb.
"Seçki siyahısına daxil edilən və keçid yerlərində qərarlaşmayan partiya üzvləri komanda müzakirələri nəticəsində qəbul edilmiş qərara əsasən öz potensiallarından partiyadaxili fəaliyyətdə istifadə edəcəklər", – partiyanın mətbuat katibi Marianna Kaqramanyan bildirib.
Qeyd edək ki, iyunun 7-si keçirilən seçkilərdən sonra parlamentin yeni tərkibində hakim "Vətəndaş müqaviləsi" Partiyası 64 mandat, "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandat əldə edib.