Fransada üç həftəlik ekstremal istilər ərzində 131 nəfər suda boğulub.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin idman naziri Marina Ferrari bildirib.
"İyunun 19-dan bəri 131 nəfər boğulub", - o qeyd edib və əlavə edib ki, həlak olanların əsas hissəsini yetkinlik yaşına çatmayanlar, həmçinin 60 yaşdan yuxarı insanlar təşkil edir.
Qurbanların 55%-i üzməyin qadağan olunduğu yerlərdə həlak olub. Boğulmaların 20%-i isə şəxsi hovuzlarda qeydə alınıb.