11 iyul 2026 00:11
83

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti xəstəxanaya yerləşdirilib

İyulun 10-da Lefkoşada keçirilən tədbirdə halı pisləşən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı təcili yardım maşını ilə Burhan Nalbantoğlu adına Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılıb.

ŞKTC Prezident Administrasiyasının ilkin açıqlamasında deyilir ki, T.Ərhürmanın təzyiqinin aşağı düşməsi səbəbindən səhhətində problem yaranıb.

Siyasətçinin ümumi vəziyyətinin normal olduğu, əlavə müayinələrin və müşahidələrin davam etdiyi bildirilir.