11 iyul 2026 11:28
75

Azərbaycanın Türkiyədən mal idxalına çəkdiyi xərci il ərzində 2 % azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 122,269 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.

Altı ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 0,9 %-ni təşkil edib.

Təkcə iyunda isə Türkiyə Azərbaycana 196,094 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,8 % çoxdur.

Yanvar-iyun aylarında Türkiyədən ən çox mal idxalını Almaniya 10 milyard 116,916 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,3 % çox), ABŞ 6 milyard 971,281 milyon ABŞ dolları (+10,5 %) və Birləşmiş Krallıq 6 milyard 849,366 milyon ABŞ dolları (+4,5 %) dəyərində həyata keçirib.

Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,6 % artaraq 119 milyard 044,514 milyon ABŞ dollarına, iyun ayında isə 23,7 % artaraq 21 milyard 804,505 milyon ABŞ dollarına çatıb.