11 iyul 2026 12:28
81

Berlində supermarketdə qadını girov götürən şəxs 12 saatlıq əməliyyatdan sonra saxlanılıb

Berlində supermarketlərdən birində silahlı insident baş verib.

“İki sahil” xəbər verir ki, polisin məlumatına əsasən, bıçaqla silahlanmış naməlum şəxs mağazada qadını girov götürüb. Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları girov götürən şəxslə danışıqlar apararaq, vəziyyəti dinc yolla həll etməyə çalışıblar.

Xüsusi təyinatlı qüvvələrin təxminən 12 saat davam edən əməliyyatı nəticəsində həmin şəxs səhər saatlarında zərərsizləşdirilib, girov götürülmüş qadın azad edilib. İlkin məlumata görə qadın supermarketin əməkdaşıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.