Şokolad seçərkən və istehlak edərkən məhsulun üzərindəki etiket məlumatlarına diqqət yetirmək lazımdır. Burada məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və s. kimi vacib məlumatlar öz əksini tapır. Məlumatların əcnəbi dillərlə yanaşı, Azərbaycan dilində yazılması qanunun tələbidir.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, məhsulun son istifadə tarixinə diqqət yetirmək olduqca önəmlidir. Bu, məhsulun hələ də təhlükəsiz və minimum keyfiyyət göstəricilərinə uyğun olub-olmaması barədə məlumat verir.
Qeyd edək ki, istehsal tarixi məhsulun hazırlandığı vaxtı göstərir, son istifadə tarixi isə məhsulun təhlükəsiz və keyfiyyətli şəkildə istifadə edilə biləcəyi müddəti bildirir. Son istifadə tarixindən sonra məhsulun istehlakı sağlamlıq üçün risk yarada bilər. Birmənalı olaraq, vaxtı keçmiş qida məhsulunun istehlakı yolverilməzdir.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub