11 iyul 2026 23:39
85

İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib

İsrailin Müdafiə Ordusunun bölmələri Livanın cənubundakı təhlükəsizlik zonasına silah daşıyan "Hizbullah" yaraqlılarına hücum edib.

“İki sahil” xəbər verir ki,  bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün 91-ci diviziyanın qüvvələri Livanın cənubundakı təhlükəsizlik zonasına tank əleyhinə raket və silah daşıyan bir qrup "Hizbullah" terrorçusunu aşkarlayıb. Onlar təhlükəsizlik zonasına avtomobillə daxil olublar və zonadakı binanın içərisinə tank əleyhinə raketlər boşaldıblar", - bəyanatda bildirilir.

Yaraqlılar içəri daxil olduqdan sonra İsrailin Müdafiə Ordusunun hərbçiləri təhlükəni aradan qaldırmaq üçün hava hücumu həyata keçirib.