12 iyul 2026 00:05
85

Macarların əksəriyyəti sərt miqrasiya siyasətini dəstəkləyir

Macarıstanda vətəndaşların miqrasiya məsələlərinə münasibətinə həsr olunmuş yeni ictimai rəy sorğusunun nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, sorğunun nəticələrinə əsasən, macarların əksəriyyəti Avropa İttifaqının xarici sərhədlərində sərt miqrasiya siyasətinin saxlanılmasının və nəzarətin gücləndirilməsini zəruri hesab edir. Respondentlərin əhəmiyyətli bir hissəsi hesab edir ki, qanunsuz miqrasiya ölkənin təhlükəsizliyinə və sosial sabitliyinə təhdid yaradır. Eyni zamanda, sorğu iştirakçılarının çoxu mövcud hüquqi prosedurlara riayət olunduqda, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlara sığınacaq verilməsini dəstəkləyir.

Nəticələrə əsasən, macarların əksəriyyəti miqrasiya siyasəti məsələlərində milli hökumətlərin səlahiyyətlərinin saxlanılmasını dəstəkləyərək hesab edir ki, məhz üzv dövlətlər öz maraqlarını və təhlükəsizliyini nəzərə almaqla bu sahədə müstəqil şəkildə qərarlar qəbul etməlidir.