12 iyul 2026 09:30
90

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib.

"Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımda deyilir.

Atəş açan şəxsin şəxsiyyəti və hücumun motivi müəyyənləşdirilir.

Hadisə hər il Latın Amerikasının Kanadanın Sent-Kler prospektinin qərbində keçirilən ən böyük mədəniyyət festivalında baş verib. CP24 telekanalının məlumatına görə, silahlı şəxs orada atəş açıb.