İstənilən spirtli içki isti havada daha çətin həzm edilir.
Bu barədə rusiyalı endokrinoloq Oleq Nankin Gazeta.ru nəşrinə müsahibəsində xəbərdarlıq edib.
O, yayda ən təhlükəli alkoqollu içkiləri açıqlayıb.
Oleq Nankin şirin alkoqollu içkiləri ən pis spirtli içki seçimi hesab edir. Onun sözlərinə görə, bu içkilər su içmək istəyini və susuzluğu artırır, həmçinin onları içmək asandır və bu səbəbdən də insanlar fərqində olmadan şərti təhlükəsizдшл normasını aşa bilər.
Araq, viski, rom və ya tekila kimi sərt spirtli içkilər içmək də ciddi risk daşıyır. Bu, əslində həddindən artıq istiləşmə riskini artırarkən, yalançı sərinlik hissi yaradır.
"Əgər belə alkoqollu içki çimərlikdə, açıq günəş altında və ya aktiv istirahət zamanı qəbul edilərsə, istivurma (günvurma) riski əhəmiyyətli dərəcədə artır", - deyə Nankin xəbərdarlıq edib.
O, həmçinin qeyd edib ki, pivə susuzluğu yatırmaq üçün uyğun içki deyil, çünki sidikqovucu təsir göstərir və bu səbəbdəт də orqanizm qəbul etdiyindən daha çox maye itirir.
Həkim əlavə edib ki, həddindən artıq istiləşmə əlamətləri asanlıqla alkoqol sərxoşluğu ilə qarışdırıla bilər, buna görə də kömək çox gec göstərilə bilər. Riski azaltmaq üçün mütəxəssis ən isti saatlarda spirtli içki içməməyi, alkoqolu acqarına içməməyi, hər qədəhi su ilə növbələşdirməyi və içilən miqdarı diqqətlə izləməyi məsləhət görüb.
Oxu.Az