12 iyul 2026 10:14
76

ABŞ bir həftə ərzində İrana qarşı üçüncü hücum seriyasını başa çatdırıb

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıblar. Bu, son bir həftə ərzində İrana qarşı həyata keçirilən üçüncü hücum olub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM bu həftə İrana qarşı üçüncü zərbələr mərhələsini başa çatdırıb", - deyə komandanlığın X sosial şəbəkəsindəki paylaşımında bildirilib.

CENTCOM-un bəyanatına görə, hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbə ilə əlaqədar həyata keçirilib.

Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib.

Qeyd edilib ki, hədəflər arasında İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, Hərbi Dəniz Qüvvələrinin obyektləri, sursat anbarları, rabitə şəbəkələri və sahil müşahidə məntəqələri yer alıb.