Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Qətər Əmirinin Ofisi X sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər saatlarında vəfat edib. Rəsmi açıqlamada onun ölümü Qətər üçün ağır itki kimi qiymətləndirilib.