12 iyul 2026 11:01
74

Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb

Gürcüstanın Telavi şəhərində yağan güclü yağış nəticəsində Telavi dərəsi daşıb, bir neçə küçə və yaşayış məntəqəsi su altında qalıb.

“İki sahil” xəbər verir ki, güclü yağıntı nəticəsində dərənin məcrası aşıb, Kavkasioni və Alazani prospektlərinin bəzi hissələrini su basıb.

Dərədən küçələrə axan sel suları şəhərdə ciddi fəsadlar törədib.

Hadisə yerinə polis, xilasedicilər və yerli hakimiyyət orqanlarının əməkdaşları cəlb olunub.