İranın Buşehr əyalətindəki beş şəhəri ABŞ-nin hücumlarına məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, bu gecə Fars körfəzi sahilində yerləşən Buşehr əyalətinin beş şəhəri - Əsaluyə, Deyr, Buşehr, Dəşti və Tangestan ABŞ silahlı qüvvələrinin hədəfi olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İran ərazisində təxminən 140 hərbi hədəfə zərbə endirdiyini bildirib.
Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırmağa çağırıb