İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə ABŞ-yə məxsus HIMARS çoxsaylı raket buraxılış sistemlərinin pilotsuz uçuş aparatları ilə vurulduğunu iddia edib.
“İki sahil” xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH dəqiq PUA zərbələri nəticəsində ABŞ-yə məxsus HIMARS raket sistemlərini məhv etdiyini və bölgədə hava zərbələri endirdiyini bildirib.
İran tərəfi hücumların ABŞ hərbçiləri arasında itkilərə səbəb ola biləcəyini iddia etsə də, qarşı tərəf bununla bağlı hər hansı məlumat açıqlamayıb.