13 iyul 2026 08:34
97

İranın azı 13 şəhəri ABŞ-nin zərbələrinə məruz qalıb

Amerika silahlı qüvvələri İrana növbəti zərbələr seriyası çərçivəsində İslam Respublikasının azı 13 şəhərindəki obyektlərə hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın "NourNews" agentliyi yazıb.

Məlumata görə, Abadan, Əhvaz, Bəndər Abbas, Bəndər Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Qeşm, Sirik, Xəndab, Xürrəmşəhr və Əndimeşk şəhərləri hücumlara məruz qalıb.

Endirilən aviazərbələr nəticəsində ən azı iki nəfər həlak olub.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə yeni zərbələr seriyasının başladığını elan edib.