Fransa və Ukrayna idarə olunan AASM bombalarının, "Aster 30" zenit raketlərinin və "Scalp" qanadlı raketlərinin Ukraynada lisenziyalı istehsalı barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə Parisdə "İstəklilər Koalisiyası"nın iclasından sonra jurnalistlərə bildirib.
"Biz A2SM, "Aster 30" və "Scalp"ın yeni imkanları üçün lisenziyalaşdırma razılaşmaları barədə razılığa gəldik ki, bu da bizə Ukrayna ərazisində tərəfdaşlarımızla birlikdə bu silahları daha tez yaratmağa imkan verəcək", - o bildirib.
E.Makronun sözlərinə görə, radar sistemləri və əlavə raketlər də Ukraynaya köçürüləcək.
İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq