İran Səudiyyə Ərəbistanında yerləşən və ABŞ tərəfindən istifadə olunan aviabazaya raket zərbəsi endirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, hücum Ər-Riyaddan cənub-şərqdə yerləşən Şahzadə Sultan Hava Bazasını hədəf alıb. Həmin bazada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr və “E-3G Sentry” erkən xəbərdarlıq və idarəetmə təyyarələri yerləşdirilib.
Portal qeyd edir ki, bu, son təxminən dörd ay ərzində İranın Səudiyyə Ərəbistanına endirdiyi ilk raket zərbəsidir.
Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb