İraq və Suriya İraqın Hədis şəhəri ilə Suriyanın Aralıq dənizi sahilində yerləşən Baniyas limanı arasında neft kəmərinin bərpası və modernləşdirilməsi barədə anlaşma memorandumu imzalayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
Məlumata görə, razılaşmaya əsasən, layihəyə ABŞ-nin “Chevron” şirkəti nəzarət edəcək. Al-Monitor nəşrinin bildirdiyinə görə, layihənin texniki və texniki-iqtisadi əsaslandırması “Chevron”, “Capital TI” və Qətərin UCC şirkətinin daxil olduğu konsorsium tərəfindən hazırlanacaq.
İraq hakimiyyəti hesab edir ki, layihənin həyata keçirilməsi Kərkük vilayətində hasil olunan neftin Suriyanın Aralıq dənizi sahillərinə, oradan isə Avropa bazarlarına ixracını artıracaq.
Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb