18 iyul 2026 13:27
96

Rusiyada logistika mərkəzlərinə hücumlardan sonra terrorla bağlı araşdırmalar başladılıb

Rusiya İstintaq Komitəsi Tambov vilayətinin Kotovsk və Moskva vilayətinin Elektrostal şəhərlərindəki “Wildberries” logistika mərkəzlərinə dron hücumlarından sonra terrorizm maddəsi ilə cinayət işləri açıb.

“İki sahil” komitəyə istinadən xəbər verir ki, hücum anında Kotovskda gecə növbəsinin işlədiyi logistika mərkəzinə edilən zərbə nəticəsində 7 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

Elektrostaldakı “Wildberries” paylama mərkəzində 24 nəfər zərər çəkib, onlardan bəziləri ağır vəziyyətdədir.