Konqo Demokratik Respublikasında ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 864 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, 2 181 yoluxma halı təsdiqlənib, 722 xəstə xəstəxanaya yerləşdirilib, 412 nəfər sağalıb. Hazırda ölüm göstəricisi 39,6 % təşkil edir.
Epidemiya şərq əyalətləri olan İturi (epidemiyanın episentri), Şimali və Cənubi Kivu, Yuxarı Uele, eləcə də Çoponu əhatə edib. Yoluxmaların sayına görə İturi əyaləti liderlik edir.
"Xəstəliyin yayılmasının qarşısını almaq üçün müdaxilə qrupları epidemioloji nəzarəti, erkən diaqnostikanı, xəstələrə qulluğu və təmasların izlənilməsini genişləndirir", - məlumatda bildirilib.
Fon der Lyayen: "Aİ Rusiya əleyhinə sanksiyaların 22-ci paketi üzərində işləyir"
İran hüquqları qorunmadığı təqdirdə Hörmüz boğazından keçidi məhdudlaşdırmağa davam edəcək