22 iyul 2026 23:39
90

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Günün ikinci yarısında İstanbulda baş verən güclü fırtına şəhərin yerli hava limanlarının fəaliyyətini müvəqqəti olaraq pozub.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, metropolun Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına və Asiya hissəsindəki Sabiha Gökçen Hava Limanına yaxınlaşan bir neçə təyyarə eniş icazəsi alana qədər gözləmə zonalarında dövrə vurmağa məcbur olub

Əlverişsiz hava şəraiti İstanbulun bir sıra rayonlarında, əsasən də Avropa hissəsində su basmalarına səbəb olub. Güclü külək ağacları kökündən çıxarıb, yaşayış binalarının damlarını qoparıb. Aşan ağaclar şəhərin bir çox rayonlarında park edilmiş avtomobillərə ziyan vurub.