25 iyul 2026 10:14
106

Husilər Səudiyyə Ərəbistanının cənubundakı şəhərə hücum ediblər

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanının cənubundakı Cizan şəhərinə hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti husilərin sosial şəbəkələrdəki paylaşımlarına istinadən məlumat yayıb.

Bildirilib ki, üsyançıların bu həftə baş vermiş hücumlara cavab olaraq krallığa zərbə endirəcəklərini vəd etməsindən sonra Səudiyyə Ərəbistanı daha əvvəl Cizan və Yanbu sakinlərinə qısa xəbərdarlıqlar göndərib.

Qeyd edək ki, bu gecə Səudiyyə Ərəbistanı Yəməndə "Ənsar Allah" (husilər) qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. Bu, yaraqlıların bir neçə gün əvvəl Səudiyyə tankerlərinə etdiyi hücumlara cavab olub.