Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olan ölkələr cinsi təcavüz ittihamları fonunda Baş prokuror Kərim Xanın vəzifədən azad edilməsinin lehinə səs veriblər.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Müvafiq qərarı 125 üzv dövlətdən 82-si dəstəkləyib, lakin səsvermədə iştirak edən ölkələrin ətraflı siyahısı açıqlanmayıb. Bu addıma səbəb Xanın rədd etdiyi nalayiq davranışla bağlı ittihamlar olub.
BCM-də bu hadisə xidməti vəzifələrin ciddi şəkildə pozulması kimi qiymətləndirilib .
Xatırladaq ki, 2026-cı ilin iyununda prokurorun səlahiyyətləri istintaq başa çatana qədər dayandırılmışdı.
Kərim Xan BCM Prokurorluğuna məhkəmənin bir sıra rezonans doğuran qərarlar qəbul etdiyi dövrdə rəhbərlik edib. 2023-cü ildə onun müraciəti əsasında Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiya edilməsi ittihamı ilə Rusiya Prezidenti Vladimir Putin və uşaqlar üzrə ombudsman Mariya Lvova-Belovaya qarşı həbs orderi verilib.
Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
Küveyt Neft Korporasiyası ilə xarici konsorsium arasında ixrac boru kəmərləri üzrə müqavilə imzalanıb