ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çat-botunun işində bir sıra ölkələrdə istifadəçilər problemlərdən şikayətlənirlər.
“İki sahil” xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin hesabatında bildirilir.
Xidmətin məlumatına görə, Böyük Britaniyada təxminən 2,7 min nəfər nasazlıq barədə məlumat verib. İstifadəçilərin 89%-i saytın fəaliyyətində fasilələr olduğunu, 9%-i tətbiqlə bağlı problemlər yaşandığını, daha 8%-i isə birbaşa çat-botun işində çətinliklərlə üzləşdiyini bildirib.
“Downdetector”un məlumatına əsasən, ABŞ-də -2,2 min, İtaliyada 2,2 min , Fransada 1,4 min müraciət qeydə alınıb.
Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
Küveyt Neft Korporasiyası ilə xarici konsorsium arasında ixrac boru kəmərləri üzrə müqavilə imzalanıb